Qısa məzmun
Şerifoğlu Ciğer & Kebap Administrator (İnzibatçı) vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Restoranın ümumi təmizliyinə nəzarət
- Ofisiant və təmizləyicilərin işinə nəzarət
- Müştərilərin zəng və vəya whatsapla sorğuların cavablandırılması və sifarişlərin götürülməsi
- Gülərüz şəkildə müştərilərin qəbul edilməsi
- Lazım olduqda müştəriyə yerində xidmət
- Çatdırılma ilə bağlı (delivery) sifarişlərin götürülməsi və çatdırılma sisteminə vurulması
- Mətbəxə sifarişin verilməsi, kuryerin götürməsi və çatırılması aralığında zamanın düzgün qərarlaşdırılması
- (R-keeper)Sisteminə vurulan çeklər nəzarət
- Kassaya çeklərin vurulması (gündəlik Z hesabatı)
- Terminal istifadə (gündəlik Z hesabatı)
- Günlük alver üzrə nağd pul dövriyyəsinin idarəolunması
- Xərclərin hesabatı
- Gəlirlərin hesabatı
- Maaşların verilməsi
- Gündəlik bonusların verilməsi
- Aylıq Hesabat
- Yeniliklər və restoranın inkişafı, keyfiyyətinin artırılması ilə bağlı təkliflərin verilməsi
- Texniki vəziyyətə uyğun planlı vəya təcili işlərin həll edilməsi
- Üzləşilə biləcək riskləri müəyyən etmək, stres və münaqişə hallarını idarə etmək
- Müştərilərə göstərilən xidmətin yüksək səviyyədə olmasına nəzarət etmək, gigiyenik qaydalara nəzarət, yemək keyfiyyətini, serviz xidmətini, və müştəri məmnuniyyətini təmin etmək
Tələblər:
- İş təcrübəsi : 3 ildən artıq
- Dil: Rus dili arzu olunan
- Yaş : 25 – 35
- Tələbkarlıq
- Təşkilatçılıq bacarığı
- Stressa davamlı
- Nitq qabiliyyəti
- Maliyyə bilikləri
- Ətrafdakılarla münasibət qurmaq və yarana biləcək problemləri həll etmək qabiliyyətinə malik olmaq
- Analitik qabiliyyətli, inkişaf etməyə meyyili olan və liderlik cəhətlərinə malik bir şəxs olmaq
- Təmiz və səliqəli olmaq
- Güləriz olmaq
- Mehriban olmaq
- Microsoft Office proqramlarını sərbəst bilmək
- Əmək haqqı ilkin ayda 800 AZN sonradan əlavə bonus almaq imkanı
- Həftədə 6 iş günü, 1 gün istirahət
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Dress code (geyim) olacaq
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli CV mütləqdir) serifoglukebap@yahoo.com ünvanına göndərə bilərlər.