Tələbələrlə iş üzrə administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. StudyLab Tələbələrlə iş üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir.

“StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır!

Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və tövsiyə məktubunuzu (Cover Letter) info@studylab.az ünvanına göndərin.

TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR

Vəzifə öhdəlikləri:

  • Yeni tələbələrin dərslərə başlama prosesini idarə etmək (qrafikin seçilməsi, dərs planının tərtib edilməsi)
  • Cari tələbələrin tərəqqisini idarə etmək (gündəlik zənglər və tələbələr ilə görüşlər, CRM sistemi ilə işləmək)
  • Təlimlər üzrə post-satış üzrə planı yerinə yetirmək (əsas kursların uzadılması və cari tələbələr tərəfindən əlavə kursların alınması və s.)
  • Pul vəsaitlərinin qaytarılmasının qarşısının alınması üzrə etirazlar ilə işləmək
  • Şirkətin keçirdiyi tədbirlər, aksiyalar, xüsusi təkliflər və endirimlər haqqında müştərilərin məlumatlandırılması
  • Plan göstəricilərinin yerinə yetirilməsi
  • Yüksək səviyyəli müştəri xidmətlərinin göstərilməsi
  • Tələbələri ilə ünsiyyət qurmaq (yazışmaların aparılması, messencerlər və s.)
  • Komanda işi üçün məktəbin kollektivi ilə ünsiyyət qurmaq (müəllimlər, satış üzrə məsləhətçilər, metodistlər)
  • Auditoriyaların məşğələlərə hazırlanması, kabinetlərdə nizam-intizamın saxlanılması
  • Müəllimlər üçün çap materiallarının hazırlanması və çap materiallarının sistemləşdirilməsi
  • Hüquqi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi (müqavilələr, hesablar və s.)
  • Məhsulumuzu təşviq edən müxtəlif marketinq fəaliyyətləri və kampaniyalarda iştirak
  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, müəllimlər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
  • Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
  • Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
  • Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
  • Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
  • Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Namizədə tələblər:

  • Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
  • Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
  • Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Ali təhsil müəssisəsinin məzunu olmaq;
  • Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
  • Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
  • Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı;

Şərtlər:

  • Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
  • Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
  • İş qrafiki fərdi qaydada müəyyən edilir (3 növbə- 9:00-18:00; 10:00-19:00; 13:00-22:00)
  • əzi hallarda işə daha tez gəlmək və işdən gec getmək lazım ola bilər ).
  • İş qrafiki 6 gün, 1 gün (bazar) istirahət
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
  • Əmək haqqı fərdi olaraq müzakirə olunur.
  • İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: info@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR” yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: İyun 25, 2021

Oxşar vakansiya siyahısı:

History teacher

Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...

Landau School

07.11.2024 - Bakı