Qısa məzmun
Ə/h razılaşma yolu ilə. GOPA Consultants və “DSF” konsorsiumu Adminstrator/Katib üzrə vakansiya elan edir. İngilis və rus dillərini bilməlidir.
Layihənin qısa təsviri, məqsəd və nəticələri:
“GOPA Consultants” və “DSF” konsorsiumu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Almaniya İnkişaf Bankı (KfW) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Zaqatala-Balakən biosfer qoruğunun yaradılması və dayanıqlı inkişafı layihəsinin icrası üçün konsultasiya xidmətləri təmin edir. Bu layihə üçün maliyyə Almaniya İnkişaf Bankı (KfW) vasitəsilə Almaniya ikitərəfli maliyyə əməkdaşlığı çərçivəsində (Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi) təmin edilir.
Layihə Azərbaycanda Zaqatala-Balakən biosfer qoruğunun yaradılması və dayanıqlı inkişafı, Samur-Yalama Milli Parkının inşaatı və nəzarəti üçün maliyyə resursları təmin edir. Layihənin məqsədi Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına və səmərəli istifadəsinə, eləcə də qorunan ərazi sisteminin təkmilləşdirilməsinə töhfə verməkdir.
İşin həcmi
Katib Layihə icra qrupunun (PIU), eləcə də konsultasiya komandası və ETSN işçi heyəti tərəfindən formalaşdırılan layihə komandasının üzvüdür. Katib Azərbaycanda komanda daxilində layihə fəaliyyətlərinə inzibati və logistika dəstəyinin təşkil edilməsinə cavabdehdir. O, müvafiq milli koordinator və baş texniki məsləhətçiyə (CTA) tabedir.
İşin həcminə daxildir:
Logistika:
- Ofis ləvazimatlarının və layihə avtomobilinin satın alınması daxil olmaqla, layihə ofisinin təşkilinə yardım;
- Ofis və başqa layihə ləvazimatlarının və yardımçi xidmətlərin (təmizlik, avtomobillərin texniki xidməti) satın alınması və dəstəklənməsi;
- İclas, təlim və seminarların təşkilində logistika yardımının göstərilməsi;
- Layihə komandasına logistika dəstəyinin göstərilməsi (CTA, milli koordinator, qısamüddətli ekspert);
- İT və kommunikasiya proqram təminatı və avadanlıqlarının istismarı və mühafizəsi;
Maliyyə və mühasibat:
- Layihə büdcəsi və iş planlarını nəzərə almaqla, əməliyyat xərcləri, əməkhaqları, sığorta haqları və s. üçün ödəniş tələblərinin hazırlanmasına yardım;
- Ödənişlərin vaxtının izlənməsi;
- Kiçik nağd vəsaitlərin idarə edilməsi, bütün xərclərinin qeydiyyatının aparılması
Katiblik:
- Layihə fəaliyyətləri ilə əlaqədar məlumatların toplanmasına yardım;
- Layihə yazışmalarının və kommunikasiyalarının sənədləşdirilməsi və saxlanması;
- Layihə fəaliyyətləri barədə məlumatların toplanması, qeydə alınması və mühafizəsi;
- Milli inzibati prosedur və qaydalar barədə araşdırma aparılması və onların düzgün icrasının təmin edilməsi;
- Layihə fəaliyyətləri ilə əlaqədar daxili və xarici iclasların, görüşlərin, sahəyə səfərlərin təşkili, gündəliklərin hazırlanması, iclasların protokollarının tərtib edilməsi;
- ETSN idarələri ilə əlaqələndirmə/əməkdaşlıq;
- Layihə avadanlıqlarının inventarizasiya uçotunun aparılması;
- Tələb olunduqda, layihə avtomobilinin idarə edilməsi (etibarlı sürücülük vəsiqəsi tələb olunur);
- Daxil olan və göndərilən e-məktubların idarə edilməsi;
- Tələb olunan başqa vəzifələrin yerinə yetirilməsi.
Ümumi iş müddəti və tabelik:
Yuxarıda göstərilən iş həcmi üçün 2020-2024-cü illər arasında planlaşdırılan ümumi iş müddəti 48 iş ayıdır. Katib birbaşa milli koordinator və Baş texniki məsləhətçiyə (CTA) tabedir. O, fəaliyyətini layihə komandasının digər üzvlərinin fəaliyyətləri ilə əlaqələndirir.
Dil bilikləri:
- İngilis və rus dilləri
İş yeri:
- Zaqatala/Balakən, Azərbaycan
Qeyd:
Maraqlanan namizədlər CV və motivasiya məktublarını info.azerbaijan@rec-caucasus.org e-mail ünvanına təqdim etməlidirlər.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...