Qısa məzmun
AzRe Reinsurance Company Aktuar hesablamalar üzrə mütəxəssis – Aktuari vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Ali təhsil: Riyaziyyat, İqtisadiyyat, Statistika, Biznesin idarə edilməsi, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi.
- İş təcrübəsi: Sığorta təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı/əla) və Rus (arzu olunan).
- Kompüter bilikləri: MS Office proqramlarında (Excel yüksək səviyədə) işləmək bacarığı, məlumatların təhlili, proqramlaşdırma və SQL üzrə biliklər arzu olunandır.
- Digər: Riyazi düşünmə, alqoritm qurma və komandada işləmək bacarığı.
- Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Aktuar və digər hesabatların hazırlanması prosesində iştirak etmək.
- Risklərin müəyyən edillərək idarə olunması prosesində iştirak.
- Uçot jurnalının hazırlanması prosesində iştirak.
- Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak.
- Rəhbərlik tərəfindən tapşırılan digər vəzifələri həyata keçirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
Məlumatlandırıcı qeydlər:
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Aktuari) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...