Qısa məzmun
Max Group Education Center Alman dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Max Group Education Center həm Azərbaycanlı, həm də xarici vətəndaşlara yüksək keyfiyyətlə Xarici dilləri öyrədən və öz etibarlılığını təsdiq etmiş güvənilir Təhsil Mərkəzidir.
- Bizim artıq 5 ildən çox təcrübəmiz var.
- Bizim müəllimlərimiz ən müasir texnologiyalarla işləyirlər, daim özlərini inkişaf etdirir və tələbələrinə yüksək motivasiya və enerji ötürürlər.
- Bizim missiyamız. İnnovasiyalar sayəsində və tələbələrimizə olan diqqət və qayğı ilə tələbələrimizi Xarici dili öyrənməyə ilhamlandırmaqdır.
- Siz nə üçün Max Group Education Center-da işləməlisiniz?
- Layiqli gəlir səviyyəsi və faiz sistemi
- Stabil tələbə axını – sizin artıq yeni tələbə axtarmağınıza ehtiyac yoxdur
- İş qrafiki: Bazar ertəsi – Şənbə razılaşdırılan saat aralığı
- Dərs olmayan saatlarda ofisdə olmaq məcburi DEYİL
- Əyani və online dərslər
- Korporativ dərslər (müəllimə seçim hüququ verilir)
- Evdə dərslər (müəllimə seçim hüququ verilir)
- Öyrənmək və nəticə əldə etmək istəyən tələbələr
- İnteraktiv dərslik
Namizədə tələblər:
- Alman dilini yaxşı bilir və sevir (səviyyə C1 və daha yüksək)
- Tədris / repetitorluq təcrübəsi var
- Ünsiyyətçil və pozitivdir
- Daim öz biliyi üzərində işləyir və inkişaf etdirir
- Tələbəni öyrətməyə və yaxşı nəticəyə çatdırmağa böyük səy göstərir
Oxşar vakansiya siyahısı:
İngilis dili müəllimi
Flag Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir ...