Qısa məzmun
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi Alman dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
İş rejimi: 08:30-16:30 (həftədə 36 saat)
Tələb olunan təhsil səviyyəsi:
- Alman dili ixtisası üzrə bakalavr dərəcəsi;
- Magistratura dərəcəsi üstünlük hesab edilir.
Tələb olunan biliklər:
- “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (kurikulumları)” üzrə,
- Beynəlxalq kurikulumlar (Kembric, IB) üzrə;
- Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
- Effektiv təlim strategiyaları;
- Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki;
- İKT, MS Office və müasir təlim texnologiyaları;
- Yüksək səviyyədə Azərbaycan dili (C2) və Alman dili (C1) yazılı və şifahi dil bilikləri.
Tələb olunan səriştəliklər:
- Kritik düşünmə;
- Problem həll etmə;
- Özünü motivə etmə və öyrənmə;
- Əməkdaşlıq;
- Ədalətlilik və məsuliyyətlilik;
- Koçluq, yetişdirmə və inkişaf etdirmə;
- Məntiqi təffəkkür;
- Planlaşdırma və təşkil etmə.
Tələb olunan bacarıqlar:
- Uşaqlarla səmərəli ünsiyyət qurma və işləmə;
- Zamanın səmərəli idarəolunması;
- Şagird ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
- Effektiv dərs planlaşdırma;
- Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
- Özü və şagirdləri ilə refleksiya apara bilmə.
Əsas vəzifə öhdəlikləri:
Alman dili müəllimi kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiya*, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun olaraq formalaşmasını həyata keçirmək məqsədi ilə şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, dərsin məzmununu və öyrətmə yollarını planlaşdırmaq və buna uyğun olaraq dərsi tədris etmək; müvafiq qiymətləndirmə metodunu müəyyən edib, tətbiq etmək və tətbiqin nəticələrini qiymətləndirmək; aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; şagirdlərin hərtərəfli inkişafına töhfə vermək; təhsil və təlim çərçivəsində planlaşdırılan digər işlərdə iştirak etmək; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə münasibətlər saxlamaq.
İş təcrübəsi: İxtisas üzrə ən azı 2 il iş təcrübəsi.
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər
Müraciət üçün link: https://www.21esr.com/career/jobaz/vacancy/55-alman-dili-muallimi
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...