Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Electronics LTD Analitik (Marketinq üzrə) vəzifəsi üzrə vakansiya elan edir. Sərbəst araşdırma qabiliyyəti olmalıdır.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırılmalarını həyata keçirmək və nəticələrin təhlilini aparmaq;
- Marketinq strategiyalarının gedişatını və nəticələrini proqnozlaşdırmaq;
- Kampaniyavə aksiyaların satışlarını təhlil etmək;
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlarını hazırlamaq;
- Satış və marketinq şöbələrini satış məlumatları, bazar trendi, proqnozlar və yeni məhsul məlumatları ilə mütəmadi təmin etmək;
- Məhsulların satış xətlərini və qiymətlərini satış, xərclər və yeni biznes məlumatlarını analiz edərək izləmək;
- Xərclərin büdcəyə uyğunluğunu izləmək,hər bir kampaniyanin özünü doğrultma dərəcəsini qiymətləndirmək, təhlil etmək.
Tələblər:
- Ali təhsil
- Azərbaycan və Rus dilləri (Əla), İngilis dili (arzuolunandır);
- Marketinq sahəsində 1-3 il iş təcrübəsinin olması;
- Yüksək riyazi və məntiqi təfəkkürə sahib olmaq;
- Microsoft office proqramlarında (Excel, PowerPoint) sərbəst istifadə;
- Sərbəst araşdırma və detallara diqqət qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV –ni (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV – lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...