Qısa məzmun
Ə/h 400-500 AZN. Lador Anbar İşçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat
- Qapı aksessuarları sahəsində lider olmağı bacaran Lador şirkəti müştərilərə keyfiyyətli məhsul və yüksək xidmət göstərmək üçün bütün gücünü ortaya qoyur.
- Komanda işini üstün tutaraq,nkollektivə lazımı şərait yaradılır və hər kəsin öz sahəsində inkişafı və işini düzgün yerinə yetirməsi üçün dəstək göstərilir.
- Hörmətli namizəd, əgər sən də özünü inkişaf etdirmək, yeniliklər olan mühitdə çalışmaq və bacarıqlarını artırmaq istəyirsənsə, səni bizim komandada görməkdən məmnun olarıq.
İş qrafiki:
- Həftə ərzində 5 gün, iş saatları 09:00-dan 18:00-dək
- Nahar fasiləsi verilir
- AR Əmək Məcəlləsi əsasında sənədləşmə
- İcbari tibbi sığorta
- Ünvan: Əhməd Rəcəbli 27B (Nərimanov metrosunun yaxınlığı)
- Anbarları gündəlik tənzimləmək (malların bir anbardan obiri anbara daşımaq)
- Məhsulları komplektləşdirmək
- Satılmış malları müştəriyə çatdırmaq
- Anbarda daim səliqə səhman saxlamaq
- Anbar qalıqlarını həftəlik və aylıq saymaq və rəhbərliyı hesabat təqdim etmək
- Anbara daxil olan məhsulların komplektasiyalarını və xarici görünüşünü yoxlamaq
Namizədə tələblər
- Kompüterlə sərbəst işləməyi bacarmaq
- Nizamlı intizamlı olmaq
- Fiziki iş icra etmə qabiliyyəti (10kg dək yük daşımaq)
- Vəzifə bəylər üçün nəzərdə tutulub
CV-ni şəkil il birlikdə hr@lador.az elektron ünvanına göndərərkən mövzu yerində “Anbar İşçisi” qeyd etməyiniz rica olunur. Şəkilsiz CV-lərə baxılmayacaq.