Qısa məzmun
Avromed Company QSC Anbar idarəetmə sistemi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə və Məsuli̇yyətlər:
- Proqramda mal-materialların izlənməsi və məlumatın hesabat şəklində işlənməsi;
- Xüsusi proqramda müvafiq düzəlişlərin aparılması;
- Mal-materialların anbardan verilməsi zamanı sənəd tərtibatının düzgünlüyünə nəzarət;
- Satınalma və loqistika şöbəsi üçün hesabatların tərtib edilməsi;
- Daxil olan yükün müəyyən edilməsi və sistemdə yükün qəbulu üzrə sorğuların yerləşdirilməsi;
- Çatdırmadan sonra qəbulun təsdiq edilməsi (sənədlərin, qəbul edilmiş mal üzrə aktın yoxlanması, anbara yerləşdirilməsinin təsdiqi);
- Komplektasiya və nəzarət üzrə prioritetlərin idarə edilməsi;
- Əməkdaşların iş yükünün idarə edilməsi və müəyyən marşrut və rayon üzrə planlaşdırılmış sifarişlərin rasional sayda saxlanması;
- Malın hazırlanmasına dair sifarişlərin MTT terminalına ötürülməsi və kağız versiyasında çap edilməsi;
- Problemlərin, çatışmazlıqların, artıqların və qüsurların həll edilməsi;
- Yükləmə kartlarının hazırlanması və boşaltma prosesinin sistemdə yerinə yetirilməsi;
- İadələr üzrə sənədlərin işlənməsi;
- Sifarişlərə dair sənədlərin çap edilməsi;
- Hesabatların hazırlanması;
- Bütün anbar prosesləri üzrə sistem müşayiəti (MTT terminalına görə boşaltma, MTT terminalına görə qəbul və sairə).
Tələblər:
- Müvafiq sahə üzrə azı 1-2 il iş təcrübəsi;
- Ofis proqramlarının sərbəst istifadə etmək;
- 1C programını bilmək üstünlükdür;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar idarəetmə sistemi üzrə operator” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.