Qısa məzmun
Sika LLC Anbar üzrə məsul şəxs vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət barədə məlumat:
SIKA (Azərbaycan) dünyada 100-dən çox ölkədə 300-dən artıq fabriklə fəaliyyət göstərən tikinti kimyəvileri sektorunda aparıcı mövqeyə malik İsveçrənin “SIKA AG” şirkətlər qrupuna aid beynəlxalq şirkətdir. Azərbaycanda 2005-ci ildə əsası qoyulan SIKA Azərbaycan 2016-cı ildən bəri Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq tərəfindən sistemə daxil edilmiş malların sifarişə uyğun göndərilməsi; mal-materialların göndərilməsi zamanı sürücülərin koordinasiya edilməsinin effektiv təşkili;
- Malların anbar ərazisində optimal saxlanılmasının rəhbərlik etmək, anbar ərazisindən düzgün istifadə etməklə və malların qəbulu və göndərilməsini asanlaşdırmaqla anbar işinin idarəsini təşkil etmək;
- Məhsulların istifadə müddətinin keçməməsinə nəzarət etmək və elektron sistemdə müvafiq qeydiyyat aparmaq;
- Anbarda olan mal və materialların elektron sistemə uyğun olaraq tərtib və düzənini təmin etmək;
- Mal müşayiət edici sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik etmək;
- Anbarda ardıcıllığa uyğun (FİFO qaydalarına uyğun) malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbarda olan malların növlərinə görə standarta uyğun yerləşdirilməsini təşkil etmək
- Anbarda olan bütün mal və materialların anbar izləmə sistemi və Bar Kod sisteminə uyğun saxlanılmasını təmin etmək;
- Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun elektron qaydada və sənəd üzərində aparılmasına nəzarət etmək;
- Anbar işinin effektivliyinin artırılması, mal-matrialların saxlanma xərclərinin və daşıma xərclərinin azaldılması, anbar işinin təşkilində müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
- Anbarda olan mal-materialın təhlükəsizliyinə cavabdeh olmaq.
Tələblər:
- Ali və ya tam orta təhsil, inzibati-təsərrüfat işlərində, anbar sahəsində təcrübəsi olan
- Müvafiq vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə);
- Ms Office proqramlarında (Word, Excel) yüksək səviyyədə (SAP proqramı üzrə işləmək bacarığının olması arzuolunandır) işləmək bacarığının olması;
- Azərbaycan və ingilis dillərini bilməlidir. (Rus dili biliyi arzuolunandır).
Əmək Haqqı: Namizədin bilik və bacarıqlarına uyğun müəyyən olunacaqdır.
Əmək şəraiti:
- İş saatları AR Əmək Məcəlləsinə uyğun olaraq müəyyən olunur.
- AR Əmək Məcəlləsinə uyğun olaraq Əmək müqaviləsi
- Nahar şirkət tərəfindən qarşılanır.
- Könüllü Tibbi Sığorta şirkət tərəfindən təmin olunur.
Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı.
Maraqlı şəxslər CV-lərini “Anbar üzrə məsul şəxs” başlığı ilə info@az.sika.com ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...