Qısa məzmun
Qaraqaşlı Broyler ASC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
İş barədə məlumat:
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibədə təyin ediləcəkdir;
- İş rejimi: 5 günlük, 09:00-18:00;
- İstirahət günü: Şənbə və Bazar;
- İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
- Mobil telefon danışıqları şirkət tərəfindən qarşılanır;
- Çox sürətli karyera yüksəlişi təklif edilir;
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan məhsulların qəbulu və qeydiyyata alınması;
- Məhsulların FİFO qaydasına uyğun olaraq anbarda yerləşdirilməsi;
- Anbar uçotunun aparılması;
- Mövcud məhsul qalıqlarının sayılması;
- Anbarda keçirilən sayımlarda iştirak edilməsi;
- Anbar təsərrüfatı üzrə hesabatın tərtib edilməsi;
- Anbarda olan məhsulların qorunub saxlanmasını təmin edən qaydalara mütləq riayət edilməsi;
- Anbarda, məntəqədə əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında təchizat və ya mühasibatlıq xidmətinə qaytarılmasının təşkil etmək;
- Anbara qəbul edilən və anbardan sahələrə verilən mal-materal və məhsulların müntəzəm şəkildə elektron və kağız daşıyıcılarda hesabatının aparılması və eyni zamanda ümumi elektron bazaya işlənilməsinin təmin edilməsi;
- Anbardan çıxan məhsulların məsul şəxslərə verilməsinin təmin edilməsi, bununla bağlı sənədləşmənin tamamlanması, ümumi bazaya işlənilməsi, xüsusi məlumatların qeyd etdirilməsi və adiyyəti şəxslərə imza etdirilməsi;
- Tələb edilən formada və müddətlərdə rəhbərliyə dürüst hesabat vermək;
Tələblər:
- Cinsi: Kişi;
- Təhsil: Ali təhsil üstünlükdür;
- Təcrübə: 2 ildən çox müvafiq sahədə iş təcrübəsi;
- MS ofis proqramlarında sərbəst işləmə bacarığı;
- 1C yaxud hər hansı bir anbar proqramında sərbəst işləmə bacarığı;
- Avtomobil olması üstünlükdür;
- Azərbaycan dilində sərbəst unsiyyət bacarığı;
- Dürüstlük;
- Əzmkarlıq;
Əgər ölkənin lider quşçuluq müəssələrindən olan “Qaraqaşlı Broyler” ASC-də karyeranızı davam etdirmək istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Anbardar” başlığı ilə elektron ünvanımıza göndərə bilərsiniz.
Son gün: 20 İyul, 2022
Ünvan: Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 46N
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...