Qısa məzmun
Finivo Project Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalıdır.
İşin təsviri:
- Yükləmə, boşaltma və anbar daxilində yüklərin düzgün yerləşdirilməsini təmin etmək;
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
- Sifariş tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
- Anbarlarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
- Anbarda olan mal-materialın təhlükəsizliyini, anbardan buraxılan və anbara daxil olan mal-materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin etmək;
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatları təqdim etmək;
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü nəzarətdə saxlamaq;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
- Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal-materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçotunun aparılmasına və hesabatların hazırlanmasını icra etmək;
- Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.
İş şərtləri:
- Əmək haqqı: 700 AZN (namizədin bacarığına əsasən fərqli əmək haqqı təyin edilə bilər);
- İş qrafiki: Bazar ertəsi–Cümə: 09:00-dan – 18:00-dək; Şənbə: 09:00-dan – 15:00-dək;
- İstirahət günləri: Bazar;
- Nahar vaxtı: 13:00-14:00.
- İş saatları: 09:00-18:00;
Namizədə dair tələblər:
- Ali təhsilli olmaq;
- İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
- Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
- Stresə davamlı olmaq;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləməyi bacarmaq;
- Təşkilati və analitik bacarıqlara sahib olmaq;
- Sürətli və çevik olmaq;
- Anabar işlərində minimum 2-3 il iş təcrübəsinə malik olmaq.
Göstərilən tələblərə uyğun olan namizədlər öz müraciət formalarını (CV) foto ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Anbardar” qeyd etməklə göndərə bilərlər.