Qısa məzmun
Cronos MTK Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Kvalifikasiya üzrə tələblər:
- Ali və ya ixtisas təhsili
- Sahəsi üzrə 5 il əmək stajına malik olmalıdır;
- Hər növ nəqliyyatda yük daşınmasının təşkili barədə məlumatlı olmalıdır;
- Prosesləri mükəmməl bilməlidir;
- Malların və avadanlıqların xüsusiyyətlərini bilməlidir;
- Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir;
- Stressə davamlı olmalıdır;
- Sahəsinə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
- Kompüter bilikləri üzrə : MS Office və Outlook (xüsusi ilə Excell) proqramlarını mükəmməl bilməlidir;
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabiliyyəti arzu olunandır;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
Vəzifə öhdəlikləri:
- Anbardarın əsas öhdəliyi “” MMC-in Anbarına daxil olan mal -materialların təhlükəsizlik qaydalarına, saxlanılma rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsindən ibarətdir.
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
- Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal Mühasibat Uçotu və Hesabatlar Sektorunu məlumatlandırır;
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət edir;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
- Mal – materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat təqdim edir;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparır;
- Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin edir, saxlanılması, sərfiyyatına nəzarəti təmin edir və sərfiyyata dair hesabat verir;
- Şöbənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
- İş yükü artıq olduğu zaman (mütəmadi olaraq) və struktur bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Şöbənin digər struktur bölmələrinin işində dəstək olur;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
- Ezamiyyələrə və bölgələrdə işləməyə hazır olmalıdır.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi
- Həftə içi günlər saat 10:00-dan 18:00-dək
- Şənbə günü 10:00-dan 16:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.
Uyğun namizədlər CV-lərini “ Anbardar ” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...