Qısa məzmun
Royal Tekstil Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: “ESEN Tekstil” MMC
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan mal-materialların (parçaların, sapların, düymələrin və tikiş ləvazimatların) sayına düzgün nəzarət edilməsi,
- Saxlanma rejiminə əməl olunması, qəbul sənədlərinin doğru-düzgün tərtib olunması; .
- Anbarda nəzarət edilməsi və idarə olunması.
- Anbara mədaxil və məxaric olunan mal-materialların 1C Mühasibat proqramına işlənməsi.
- Hazır məhsul anbarına mədaxil olunan məhsulların texniki baxışı və qeydiyyatının aparılması.
- Malların mühasibatlıq uçotundan əlavə olaraq Anbardar tərəfindən uçotunun aparılması.
- İstifadəyə yararsız, itmiş, xarab olmuş malların aktlaşdırılması
- İllik inventarizasiya prosesinin təşkilində iştirak etmək
- Avtomatlaşdırılmış informasiya sistemində anbar işinin təşkili;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasın təmin etmək;
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı saxlanılması təmin etmək;
Namizədə tələblər:
- Ali təhsil;
- Anbar sahəsində ən azı 2 il iş təcrübəsi, Tekstil işində iş təcrübəsi arzu olunandır.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- MS Office, Anbar 1C 8.3 proqramında sərbəst işləmək bacarığı;
- Verilən tapşırıqları vaxtında və tam etməli.
- Keyfiyyətli və öz işinə cavabdeh olmalı
- Təhlükəsizlik qaydalarına əməl etməli
- Anbar işinin təşkili qaydaları;
- Digər aidiyyəti normativ sənədlər;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq etməli;
- Təlim və kurslar: Sertifikatların olması əlavə üstünlükdür
- Azərbaycan dili – yazı və danışıq sərbəst; orta səviyyədə rus və ingilis dili arzu olunandır;
- Dürüstlük və Məsuliyyət;
İş qrafiki:
- Əmək haqqı : Razılaşma yolu ilə
- İş saatı: 9:00-dan 18:00-dək
- Nahar vaxtı: 13:00 dan 14:00dəkdir.
- İş yeri: Yeni Saray yolunun 1.5-ci kilometrində yerləşən ofisi (servis təmin edilmə).
Zəhmət olmasa CV göndərən zaman mövzu yerinə “Anbardar” sözünü yazın.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...