Qısa məzmun
Baku Hotel Company Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Anbara qəbul edilən malların (xammal, hazır məhsul, tara) siyahı üzrə yoxlanılmasını və nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
- Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
- Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin etmək;
- Saxlama rejiminə əməl olunmasına riayət etmək;
- Daxil olan yüklərin qəbul edilməsi üçün yer hazırlamaq;
- Anbar əməliyyatlarının uçotunun aparılmasında iştirak etmək;
- Malların inventarizasiyasının aparılmasında iştirak etmək;
- Anbar qalığına nəzarəti həyata keçirmək;
- Anbar sənədlərinin vaxtlı vaxtında sistemə işlənilməsi və günlük yoxlanılmasını təmin etmək;
- Təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasını təmin etmək;
- Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;
- Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
- Satınalma və Maliyyə şöbəsi üçün hesabatların tərtib edilməsi;
Tələblər:
- Müvafiq sahə üzrə azı 1-2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını istifadə etmək;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik.
Gross əmək haqqı 1000 AZN.
Vəzifəyə müraciət edən kandidatlardan CV və anket formalarını aşağıdakı e-mail ünvanına göndərərək email-in mövzu hissəsinə vəzifənin adını qeyd etmələri xahiş olunur.
Yalnız vəzifə tələblərinə cavab verən kandidatlarla əlaqə saxlanılacaqdır.