Qısa məzmun
Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir.
Sirkətimiz 40dan cox Beynəlxalq brand/markaların Azərbaycanda rəsmi və ekskluziv distributor ve təmsilçisidir. Bu markaların arasında Mothercare International, Williams Carter’s, OshKosh, Champion USA, Balabala, Medela, Tommy-Tippie, Philips-Avent, Comotomo, Lansinoh, Stokke, Babyzen, Cosatto, Joie, Maxi-Cosy, Safety1, Bebecomfort, Tiny Love, Kinderkraft, Bebble, Lavena, Mommycare, Hamleys, Galt və digər markalar yer almaqdadır.
Anbardar vakansiyası :
Vəzifələr :
- Xarici partnyorlardan birbasa alinan palet ve ya qutuların qəbul olunması, sayimi ve zərər görmüş qutuların ayırd olunması.
- Məhsulların qəbulu və uygun kateqoriya üzrə anbarda yerləşdirilməsi
- Məhsulların təhlükəsizliyinin təmin edilməsi.
- Anbarın uçot-hesabatının və inventarizasiya prosesinin aparılması.
- Anbardakı məhsulların dövriyyəsinin analizi və bölgülərin təşkili.
- Məhsulların bölgü və ya satış hesabatlarına uygun olaraq mağazalara göndərişi və geri qəbul olunması prosesinin icrası.
- Anbarda keçirilən sayımlarda iştirak etmək. Zərərgörmüş, satışa qismən yaralı və habelə yarasız məhsulların arasdırılması, tapılması və belə məhsulların müvafiq uçot-qeydiyyatının aparılması.
- Rəhbərlik tərəfindən verilən gündəlik tapşırıqların icra edilməsi
Tələblər :
- Cins: Kişi
- Yaş həddi: 18-50 yaş arası
- Ali təhsilli
- Azərbaycan dili biliyi (Rus və ingilis dillərini biliyi üstünlükdür)
- Ofis proqramlarında işləyə bilmə bacarığı.
- B,C kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür
- Komadada işləmə bacarığı
- Məsuliyyətli və dəqiq olmaq
Qeyd: Şirkətin istifadə etdiyi proqram təminatı və texniki avadanlıqların təlimi və habelə uçot sistemi uzrə iyerarxiya və qaydaları şirkətimizin aydiyyatı üzrə əməkdaşları tərəfindən öyrədiləcəkdir.
İş şəraiti:
- Stabil əmək haqqı – 600.0 AZN təşkil edir.
- Sınaq müddəti zamanı əmək haqqı – 450 AZN.
- Əmək məcəlləsinı uygun olaraq rəsmiləşmə
- 6 günlük iş rejimi (bazar günü istirahət günüdür)
- Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs hesab olunurlar
- Anbar Bakmil metrostansiyası yaxınlığında yerləşir.
Müraciyətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Maraqlanan şəxslər CV-ni “Anbardar” mövzusu adı altında hr2@sabah-group.com ünvanına göndərə bilərlər.