Qısa məzmun
MLK Construction Group Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Əməkhaqqı: 800 AZN
Ünvan: Xətai rayonu,Ağşəhər,Mərkəzi Bulvar küç.7
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Qaimələr əsasında anbara daxil olan malların yoxlanılması;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal – materialları təyin etmək və onlar barədə müvafiq hesabatı mühasibatlığa təqdim etmək;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların düzgün icrasını təmin etmək;
- Anbara daxil olan və çıxarılan malların anbar proqramına işlənməsi, stoka nəzarət edilməsi;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
- Tikinti sahəsində Anbardar olaraq çalışması üstünlükdür.
Tələblər:
- Ali təhsil
- Təcrübə 1-3 il
- MS Office proqramlarından istifadə
- Məsuliyyətlilik
- Texniki avadanlıqlarda istifadə bacarığı
- Kommunikasiya
- Proqram təminatlarından istifdə bacarığı
- Öyrənmə və özünü inkişaf bacarığı
Uyğun namizədlərdən mövzu hissəsinə “Anbardar” qeyd edərək 05.08.2024 tarixinə qədər CV-lərini hr@mlktechgroup.com mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...