Anbardar
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Caspian Engineering Solutions Anbardar vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Malın təhvil vermə zonasında müştəri məmnuniyyəti standartlarına əsasən xidmət göstərilməsini təşkil etmək.
  • Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək.
  • Mal-material qiymətlilərin anbara sənəd üzrə qəbulu,onların mühafizəsi və buraxılması,yenidən geri alınması,anbar sahəsindən,səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsinin təşkili.
  • Zədəli və servisə göndərilməli olan malların müşahidə edici aktlara və sənədlərə uyğun vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təşkil etmək.
  • Anbarda baş verən fors-major hallarda təxirəsalınmaz tədbirlər görmək haqqında rəhbərini məlumatlandırmaq.
  • Sifariş tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək.
  • Malların hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək,əməliyyatların icrasını yoxlamaq (qaimə,aktlar və s.) və sənədləri arxivləşdirmək.
  • Keçirilən sayın öncəsi anbarın sayıma uyğun vəziyyətə gətirilməsini təşkil etmək.Sayımın nəticələrinə görə maddi məsuliyyət daşımaq.
  • Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və anbar müdirinə təqdim etmək.
  • Anbar ərazisində olan və istifadə üçün nəzərdə tutulmuş əsas vəsaitlərin səliqəli istismarını təşkil etmək,tələbə uyğun əsas vəsait sifarişini etmək.
  • İş gününün sonunda iş yerinin səliqəsinin təmin edilməsinə nəzarət.

Müvafiq sahə üzrə təcrübəsi olan şəxslər və ya rekomendasiya edəcəyiniz namizədlərin CV hr@ces.az mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1000 — 1200 ₼
Anbardar

Turban Moda Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı