Qısa məzmun
Turban Moda Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Məhsul qəbulu və qeydiyyatı: Məhsullarının, xammalın və aksesuarların anbarda qəbulu və müvafiq sənədləşdirilməsinin aparılması.
- Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün şəkildə çeşidlənməsi, sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi.
- Məhsul yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi.
- Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi.
- Məhsulların İstehsalata çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi.
- Anbar hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi
Tələblər:
- Ali təhsil/ Orta təhsil
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Azərbaycan dili ( Xarici dil arzuolunandır)
- MS Office proqramları, 1C ilə işləmə bacarığı;
- Punktual, stressə davamlı, məsuliyyətli, idarəetmə və komada ilə işləmə bacarığı
- Bəy namizədlərə üstünlük verilir.
İş şərtləri:
- Əmək haqqı: 1000-1200 AZN ( bilik və bacarığa görə dəyişir )
- 6 günlük iş qrafikı
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Ünvan: Yeni Yasamal
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron poçt ünvanına göndərməniz xahiş edilir. recruitment@turbanmoda.az