Qısa məzmun
Ə/h 500 AZN. Karvan-L Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Ciddi, məsuliyyətli, dəqiq olmalıdır.
İş haqqında məlumat:
- Məsuliyyətində olan anbarların təmiz, səliqli və nizamlı olmasına nəzarət etmək;
- Anbarlarında olan malların təhlükəsizliyinə cavabdeh olmaq;
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
- Anbardan malların tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək;
- Maşınlardan anbara boşaldılan məhsulların çeşidi və miqdarını dəqiq yoxlamaq;
- Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına diqqət yetirmək;
- Günün sonunda satışdan qayıdan maşınlara malların sürətli və dəqiq şəkildə yüklənməsinə nəzarət etmək;
- Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
Namizədə aid tələblər:
- 21-45 yaş arasında kişilər
- Ali və ya orta ixtisas təhsilli olması;
- Riyazi biliyinin yüksək olması;
- Microsoft Office proqramlarını bilməsi;
- 3 il anbar sahəsində təcrübə olması;
- Diqqətli və məsuliyyətli olması.
Əmək haqqı: 500 AZN
Nahar şirkət tərəfindən verilir
Ünvan; Bakı şəh. Nobel pr. 22/32
Maraqlanan şəxslərdən xahiş olunur ki, CV formasını hr@karvanl.com ünvanına göndərsinlər (iş təcrübəsi olmayan namizədlərin CV-nə baxılmayacaq). Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Anbardar) göstərin. Əks təqdirdə belə namizədlərin müraciətlərinə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...