Qısa məzmun
Ə/h 500 AZN. Rahat Telecom Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Diqqətli və məsuliyyətli olmalıdır.
“RahatTelecom” MMC informasiya və kommunikasiya sektorunda fəaliyyət göstərən fiber optik internet,İPTV kabel şəbəkəsi və rəqəmsal televiziya brendi olaraq abunəçilərə böyük imkanlar təqdim edən qabaqcıl şirkətlərdən biridir.
İş haqqında məlumat:
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq.
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək.
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
- Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Malların faktutaya əsasən sistemə əlavə edilməsi və tələbat olan malların siyahı şəklində sifariş formunun hazırlanması;
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
- Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
- Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
Namizədə aid tələblər:
- 23-45 yaş arasında kişilər
- Ali təhsilli olması;
- Riyazi biliyinin yüksək olması;
- MS Office və 1C proqramlarını bilməsi;
- 1 il anbar sahəsində təcrübə olması;
- Diqqətli və məsuliyyətli olması.
- Verilən tapşırıqların düzgün yerinə yetirilməsi
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
- Problem həll etmək bacarığına malik
İş şəraiti:
- İş şəraiti: Əməkhaqqı: 500 AZN ,
- Ünvan: Tbilisi pr. 34
- İş qrafiki: 6 iş günü
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@rahattelecom.az email ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...