Qısa məzmun
Abşeron rayonu,Məmmədli kəndində polietilen istehsalı zavoduna Anbardar axtarılır.
Abşeron rayonu,Məmmədli kəndində polietilen istehsalı zavoduna Anbardar axtarılır.
Əsas vəzifə öhdəliklər:
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək;
- Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq.
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək.
- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək.
- Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək.
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
- Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək
Tələblər:
- Orta texniki və ya ali iqtisadi təhsili
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1-3 il;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
- Yaş : 35 yaşa qədər
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftənin 6 günü, istirahət günü: bazar
- Nəzərdə tutulan başlanğıc əmək haqqı 600-700 AZN.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Anbardar” yazaraq ismayılovarenagp@gmail.com ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.