Qısa məzmun
Ə/h 500 AZN. Purple MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Malların təhvil – təslim qaydasını yerinə yetirməlidir.
Əsas vəzifə öhdəliklər:
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq.
- Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq.
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
- Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində,
- Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək
- 6 günlük iş rejimi
- Aylıq əmək haqqı 500 AZN
İş təcrübəsi:
- 1-3 il
- Dil və İT bilikləri
- Azərbaycan, Rus dilləri
- MS Excel, MS outlook, ilkin 1C proqrami bilikləri.
purplehr@purple.az ünvanına öz CV-lərinizi göndərərkən subject hissədə vakansiya adını qeyd etməniz rica olunur.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...