Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. İş yeri Regionlarda yerləşir.
Vəzifə öhdəlikləri:
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlılığını, düzgün saxlanma rejimini, sənədləşdirmə, mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsini təmin etmək və nəzarət etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması proseslərinin qaydalara uyğun icra edilməsinə nəzarət etmək;
- Anbarda malların düzgün ardıcıllıqla və səmərəli yerləşdirilməsini təmin etmək;
- Bütün mal dövriyyəsini yalnız təstiqlənmiş sənədlər üzrə aparmaq;
- Mal və material mühasibatlığının aparılması üçün, avtomatlaşdırılmış sistemdə bütün tələb olunan məlumatları qeyd etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək, onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Sahəni tələb olunan mal və materiallarla təmin etmək•
- Anbar işçilərinin işlərinə, iş bölgülərinə, davamiyyətinə nəzarət etmək;
- Anbarın tabeçiliyində olan tərəzilərin fəaliyyətinə nəzarət etmək;
- Anbarlar üzrə təstiqlənmiş anbar prosedurlarının tələblərinə riayət edilməsinə nəzarət etmək•
- Dövri anbar sayımlarında iştirak etmək;
Tələb olunan göstəricilər:
- Sahə üzrə 3 illik iş təcrübəsi;
- İnşaat sahəsində müvafiq iş təcrübəsi arzuolunandır;
- Yaxşı səviyyədə ünsiyyətqurma və komanda tərkibində işləmək bacarığı;
- Detallara qarşı diqqətlilik, məsuliyyətlilik, operativ qərarvermə qabiliyyətl;
- 1C 8.3 proqramının Anbar modulunda işləmək bacarığı;
İş şəraiti:
- 6 günlük iş rejimi;
- İş yeri Regionlarda yerləşir;
- Yaşayış və qida təminatı şirkət tərəfindən təmin edilir;
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Anbardar”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.