Qısa məzmun
Ricon MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili arzuolunandır.
Namizədə dair tələblər:
- Təhsil: Orta peşə ixtisas və ya ali təhsil (mütləq)
- Iş təcrübəsi: Bu vəzifə üzrə minimum 3 il iş təcrübəsi (İnşaat sahəsində müvafiq iş təcrübəsi arzuolunandır)
- Yaş: 28:50
- Cins : Kişi
- Dil bilikləri: Azərbaycan, Rus – dili arzu olunandır
- Kompüter bilikləri: MS Excel, MS outlook, və 1C
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Anbarda mövcud bütün mal – materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
- Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda
- kləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş mal – materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Anbardar” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.