Qısa məzmun
Azərxalça Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri :
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunduğunu təmin etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək ;
- Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə,avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə – boşaltma işlərini təşkil etmək;
- Mal və materialların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və inventarizasiyanın keçirilməsində iştirak etmək;
- İnventarizasiyanın keçirilməsindən sonra anbarda olan mal və materialların mövcudluğuna, təhlükəsizliyinə, saxlanılması rejiminə və salamatlığına cavabdehlik daşımaq;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;
Namizədə olan tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
İş şəraiti:
- 5 günlük iş rejimi
- Bakıdan servis ilə təmin olunma
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini fidan.guliyeva@azerxalca.az, hr@azerxalca.az elektron ünvanına (“Anbardar köməkçisi” başlığı ilə) göndərmələrini xahiş edirik.
Ünvanı: Sumqayıt Kimya Sənaye Parkı – “Azərxalça” ASC-nin Yunəyirici boyaq fabriki.
Tel: 050 – 265 – 14 – 09
QEYD: Yalnız müvafiq başlıqla CV göndərmiş şəxslərin namizədliyi qeydə alınacaq. (Zənglə edilən müraciətlər qeydə alınmır)
Oxşar vakansiya siyahısı:
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...