Qısa məzmun
Ə/h 500 AZN. “Unimetal” Məhdud Məsuliyyətli Cəmiyyət Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.
Anbardar köməkçisi vəzifə təlimatları:
- Birbaşa anbardara tabedir və onun tapşırıqlarını yerinə yetirir;
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunduğunu təmin etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbarda mal və materialın müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək ;
- Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə,avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Mal və materialların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və inventarizasiyanın keçirilməsində iştirak etmək;
- İnventarizasiyanın keçirilməsindən sonra anbarda olan mal və materialların mövcudluğuna, təhlükəsizliyinə, saxlanılması rejiminə və salamatlığına cavabdehlik daşımaq;
- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək.
- Nahar şirkət tərəfində verilir