Qısa məzmun
Saglam Ailə Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
“Sağlam Ailə” tibb mərkəzi anbardar köməkçisi vakansiyası elan edir.
Haqqımızda:
- 2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır. Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriyadır.
Biz sizə nə təklif edirik:
- İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
- Əmək haqqı 500 azn (net);
- Mehriban kollektiv;
- Klinikada olan xidmətlərə özü və ailə üzvlərinə endirimlər.
Siz nə edəcəksiz:
- Şirkətdən gələn mal və avadanlığın qəbulu və anbarda rəflərə yığılması;
- Şöbələrdən istək edilmiş malların məsul şəxslərə təhvil verilməsi;
- Anbar stok sayımlarında iştirak etməsi;
- Anbarda olan soyuducuların sazlığına və temperaturlarının düzgünlüyünə nəzarət edilməsi;
- Anbar ərazisinin və otaqlardakı rəflərin səliqəsinə nəzarət etmək;
- Anbar bölmə rəhbərinin göstəriş və təlimatlarını yerinə yetirmək.
Sizdən gözləntilərimiz:
- Punktual, aktiv, çevik, diqqətli, stresə davamlı və məsuliyyətli olmalı.
Müraciət etmək üçün mövzu hissəsində “Anbardar köməkçisi” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına CV göndərə bilərsiz.