Qısa məzmun
STP-AH MMC Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
“STP-AH” MMC anbardar köməkçisi vakansiyası elan edir.
Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir.
Özünə və peşəkarlığına güvənən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ideal namizəd:
- Orta təhsilli (Ali texniki, iqtisadi və ya riyaziyyat üzrə təhsil arzuolunandır);
- Analoji sahədə ən azı 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Logo və digər anbar proqramlarını bilmək;
Hansı işləri görəcəksiniz:
- Anbarlara yükləmə-boşaltma işlərinə nəzarət etmək;
- Anbarlara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Anbarlara olan malların növlərinə görə səliqə ilə yığılmasına nəzarət etmək;
- İş tapşırıqlarını və qayimələri nəzərdən keçirmək;
- Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri
- vablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək;
- Anbarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
- Anbarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək
- Anbara boşalan malların yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
- Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin etmək;
- Anbardan malların buraxılış vərəqəsi əsasında buraxılmasını təmin etmək;
- Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştirak etmək;
- Rəhbərlik tərfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Həftənin 5 iş günü;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar köməkçisi” yazaraq cv@stp-ah.com ünvanına göndərmələri xahiş olunur.