Qısa məzmun
AGA Group Anbardar (Təmir-tikinti materialları üzrə) vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə haqqında məlumat:
Struktur bölmə: Maliyyə şöbəsi
Əmək haqqı: 800 (nett)
İş rejimi: 5 gün, 09:00-18:00
Son müraciət tarixi: 28.02.2023
İş yeri: Caspian Plaza
Vəzifə öhdəlikləri:
- Mal – material hazır məhsulların mədaxili və məxaricini sistemə işlənməsini təmin etmək
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək
- Stok sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə, vaxtında təchizat şöbəsinə məlumat vermək
- Mədaxil-məxaric proseslərini, hesabatları düzgün icra etmək, sənədləşdirmək və vaxtında təqdim etmək
Vəzifə tələbləri:
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat sahələri üzrə üstünlükdür);
- İş təcrübəsi: Anbardar vəzifəsində 1-3 il
- Kompüter bilikləri: Excel (yaxşı səviyyədə), 1C (yaxşı səviyyədə)
Bacarıqlar:
- Sənədləşmə işlərində tələbkar;
- İşində səliqəli olmalı;
- Dəqiqlik və detallara diqqətlilik ;
- Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
- Məsuliyyətlilik.
Digər məlumatlar:
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...