Qısa məzmun
Mətanət A şirkəti Anbardar(Gürcüstan) vakansiyanı elan edir.
“Mətanət A” şirkəti Anbardar(Gürcüstan) vakansiyanı elan edir.
İşin təsviri:
- Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işinə rəhbərlik edir;
- Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, sayına düzgün nəzarət edilməsinə (Şirkətin sənədi üzərində), saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;
- Yanğın əleyhinə, texniki təhlükəsizlik və s. vasitələrin olmasına və sazlığına, otaqların vəziyyətinə, anbardakı avadanlıq və digər mal və materialların vəziyyətinə nəzarət edir;
- Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsini təşkil edir və Aktlaşdırır;
- Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik edir;
- Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;
- Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun kompyuter proqramı və sənəd üzərindəaparılmasına nəzarət edir;
- Anbar təsərrüfatı işlərinin effektivliyinin artırılması, daşıma və mal-material qiymətlilərinin saxlanma xərclərinin azaldılması, anbar təsərrüfatının təşkilinə müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir;
- Vaxtında Şirkətə hesabatları verir.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- Bazar günü istirahət;
- Nahar şirkət tərəfindən verilir;
- İş yeri:Gürcüstan Respublikası,Tibilisi şəhərində yerləşəcəkdir.
Tələblər:
- Təhsil: Ali (bakalavr);
- Yaş həddi: 30-50;
- Kompüter biliyi: MS Office (Word, Excel),“1C”;
- Dil bilikləri: Azərbaycan, Rus və Gürcü dili;
- İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...