Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Sigorta Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi (böyük /aparıcı mütəxəssisi) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi (böyük mütəxəssisi/aparıcı mütəxəssisi)
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
İş yeri: Bakı
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);
- Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
- Dil bilikləri – Azərbaycan, Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması.
- Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;
- Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
- Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
- Sığorta şərtlərini müəyyən etmək;
- Sığorta və təkrarsığorta müqavilələrinin hazırlanması;
- Şirkət daxildən şöbəyə göndərilən riskləri qiymətləndirmək
- Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;
- Gündəlik və aylıq hesabatları düzgün aparmaq, rəhbərliyə təqdim etmək;
- Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi (böyük mütəxəssisi/aparıcı mütəxəssisi) qeyd edərək, hr@xalqsigorta.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...