Anderraytinq və Təkrarsığorta Departamentinin Mütəxəssisi / Baş Mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzRe Reinsurance CompanyAnderraytinq və Təkrarsığorta Departamentinin Mütəxəssisi / Baş Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Təhsil: İqtisadi/biznesin idarə olunması ixtisasları üzrə ali təhsil arzu olunandır;
  • İş təcrübəsi: Sığorta təcrübəsi minimum 3 il
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis(əla) və Rus(orta/əla) dillərində sərbəst  yazı və şifahi danışıq bacarığı;
  • Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point proqramları) üzrə yaxşı biliyə malik olmaq.

Şəxsi keyfiyyətlər:

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
  • Riyazi düşünmə;
  • Konfidensiallığa riayət etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
  • İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
  • Müştərilərlə danışıqlar aparmaq, yeni müştərilərin cəlb olunmasında köməklik etmək;
  • Müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkrarsığorta şərtləri təklif etməsinə köməklik etmək;
  • Təkrarsığorta şərtləri haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta və təkrarsığorta müqavilələrinin layihələrinin hazırlanması;
  • Mövcud müştərilərlə təkrarsığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
  • Departamentə daxil olan sənədlərin qeydiyyatını aparmaq və göndərilməsini təşkil etmək;
  • Müştərilər haqqında informasiyanı məlumat bazasına daxil etmək;
  • Təkrarsığorta haqlarının ödənilməsi prosesinin tənzimlənməsində iştirak etmək;
  • Bağlanmış təkrarsığorta müqavilələri üzrə aylıq hesabatın hazırlanmaq və rəhbərliyə təqdim etmək;
  • Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının tərtib edilməsi;
  • Şirkətin müvafiq strukturlarına tələb olunan formada hesabatlarını təqdim etmək;
  • Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etmək;
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır;
  • Sınaq müddəti: 3 ay
  • Könüllü tibbi sığorta;
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

Əmək haqqı:  Razılaşma yolu ilə

Məlumatlandırıcı qeydlər:

Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Mütəxəssis) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı