Qısa məzmun
Ateshgah Sigorta şirkəti Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Təhsil: Ali təhsili mütləqdir
- İş təcrübəsi: Sığorta anderraytinqi sahəsində minimum 2 il
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) Rus (yaxşı)
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Əsas vəzifə öhdəlikləri:
- Satış bloklarından daxil olan sorğuların cavablandırılması
- Qeyri həyat sığortası növləri üzrə portfelin analizlərinin aparılması
- Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
- Yeni sığorta qaydalarının, şərtlərin hazırlanması
- Sığorta məhsullarının hazırlanmasında iştirak
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Sabit əmək haqqı (gross məbləğ) 899 AZN – 1127 AZN
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnci Group Of Commpanies Merçandayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
ОБЯЗАННОСТИ: • Общение с клиентами и презентация товаров • Предоставление клиентам полной ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Məsləhətçisi (Mebel-tekstil) ...
"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Əhmədli filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını el ...
Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir. ...