Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Aparat işinin təşkili və icrasına nəzarət şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiyası elan edir.
Görəcəyiniz işlər:
- Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarını təşkil etmək;
- Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarında katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq;
- Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
- Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların uçotunu aparmaq, onları saxlamaq və Bankın aidiyyəti struktur bölmələrinə çatdırmaq.
Bizim üçün uyğun namizəd:
- Hüquq və ya iqtisadi sahə üzrə ali təhsilə;
- Azərbaycan dilində yüksək səviyyədə yazma qabiliyyətinə;
- Mükəmməl səviyyədə MS Office (PowerPoint, Excel, Word) proqramları ilə işləmək bacarığına;
- Minimum 1 il iş təcrübəsinə;
- Konfidensial məlumatlar və stress altında işləmək bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Müraciət üçün linkə daxil olun: https://careers.abb-bank.az/