Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Embafinans Aparıcı Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Əla səviyyədə Azərbaycan dili biliyi tələb olunur.
İşin təsviri :
- Təşkilatın hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
- Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq
- Təşkilata daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Məhkəmələrlə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq;
- Müxtəlif məsələlər və ya təcrübələr üzrə hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, koordinasiyası və yekunlaşdırılması.
- Təşkilatın tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək-
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək; imzalanmış müqavilələrin reyestrini aparmaq;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
Tələblər:
- Ən azı 3 il iş təcrübəsi
- Komandada işləmə bacarığı
- Ünsiyyət qurma bacarığı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Aparıcı hüquqşünas ” qeyd edib bu ünvana göndərəsiniz. IseQebul@embafinans.az