Qısa məzmun
Ə/h 1000-1500 AZN. AzMühasibat Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dili bilmək əlavə üstünlükdür.
İşin Təsviri: Konsaltinq Şirkətinin müştərilərinin mühasibatlıqla bağlı bütün əməliyyatlarına (kadr işləri daxil deyil) nəzarət olunması, tələb olunan hesabatların hazırlanması
Vəzifə öhdəlikləri
- Vergi və mühasibat uçotunun aparılması
- İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
- Hesab-fakturaların, E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
- Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
- Vergi hesabatlarının (ƏDV, Mənfəət, Vahid bəyannamə və s) və digər digər dövlət qurumlarına verilən hesabatların hazırlanması;
- Gündəlik olaraq online kargüzarlığın yoxlanılması, vergi ilə bağlı məktubların cavablandırılması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Yerli və xarici kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
- Bank və kassa ödənişlərinin həyata keçirilməsi
Namizədə tələblər:
- Yaş: 25-45
- Təhsil: Ali (Mühasibat sahəsində olanlara üstünlük verilir)
- Biliklər: Mühasibat üzrə nəzəri və praktiki biliklər,
- İş təcrübəsi: Mühasibat-Konsaltinq sahəsində ən azı 3 il
- Dil bilikləri: Azərbaycan, (Rus və ingilis dili bilmək əlavə üstünlükdür)
- Kompüter bilikləri: MS Office (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
- Mühasibat Proqramı: 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı
- Qanunvericilik: Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 5 günü;
- İş saatı: 09.00-dan 18.00 kimi,
- Əmək Haqqı – 1000-1500 AZN (namizədin bilik və bacarığından asılı olaraq dəyişə bilər)
Müraciət qaydaları: hr@azmuhasibat.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Aparıcı mühasib” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...