Qısa məzmun
Buta Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
- İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirir;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edir;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edir,onların mühasibat standartalarına uyğun uçotunu təmin edir;
- Əsas vəsaitlərin uçotunu aparır,amortizasiya hesablayır və qalıq dəyərlərini müəyyən edir;
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatını iqtisadi cəhətdən əsaslandırılmış tərtibini həyata keçirir;
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirir,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorları araşdırır,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırır və faktiki əməliyyatların icra mexanizminə nəzarət edir;
- Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak edir,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin edir;
- Maliyyə hesabatlarının hazırlayır (Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s;
- Büdcə hesabatlarını hazırlayır və izləyir;
- Büdcə və pul axınının analiz edir və hesabat hazırlayır;
- Xərclər hesabatını (cost reports) hazırlayır və izləyir;
- Qiymət məlumat bazasını (Cost database) hazırlayır və izləyir;
- Pul axınının hərəkətini (Cash flow) hazırlayır və izləyir;
- Layihələr üzrə xərclərin bölüşdürülməsini icra edir və onlara nəzarət edir;
- Həyata keçirilmiş işlər üzrə aylıq hesabatların hazırlanmasını və onların birbaşa rəhbərə təqdim olunmasını icra edir;
- Müqavilələr üzrə təhlil aparır, satınalma və maliyyə məlumatlarını təhlil edir və həmin istiqamətdə hesabatlar hazırlayır;
- Xərclərin azaldıla və ya tamamilə aradan qaldırıla biləcəyi sahələri müəyyən etmək üçün xərc təhlillərini aparır;
- Xərclərin təsdiq edilmiş səviyyələri aşmamasını təmin etmək üçün büdcələri monitorinq edir mütəmadi olaraq;
- Material xərclərini izləmək üçün təchizatçılardan və ya subpodratçılardan xərc məlumatlar toplayır.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, )
- Sahə üzrə 5 il iş təcrübəsi
Bacarıq və səriştələr:
- Dil biliyi: Azərbaycan dili, İngilis dili (arzu olunan)
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Məntiqi analiz qabiliyyəti yüksək olmalı.
Təminatlar:
- Telefon limiti
Bilməlidir:
- Elektron Portalda və Vergi Məcəlləsi, Əmək məcəlləsi ilə işləmək bacarığı;
- MS Office, 1 C kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aparıcı Mühasib” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...