Qısa məzmun
Finance Consulting and Audit Aparıcı mühasib vakansiyasını elan edir.
Namizədə olan tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- Aparıcı mühasib olaraq ən az 2-3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
- Peşəkar mühasib sertifikatı üstünlükdür;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
- 1C (8.3 ERP) proqramını yüksək səviyyədə bilmək.
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi.
- Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
İş şərtlərimiz:
- Əmək haqqı: 800-1300 Namizədin bilik səviyyəsinə uyğun müsahibə əsasında tənzimlənəcək.
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Nərimanov rayonu, Xan Şuşinski 49, Green Plaza
- Əlaqə : 050 777 77 34 (wp)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı mühasib” yazaraq info@fca.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...