Qısa məzmun
Saloğlu Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Yaş həddi 45 yaşa qədər;
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
- Azərbaycan , Rus və İngilis dilləri üzrə mükəmməl biliklər
- Minimum 3-5 il mühasibat, sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- 1 C 8.3 (ERP), BTP proqramında sərbəst işləmək təcrübəsi;
- E-taxes.gov.az və digər portallardan yüksək səviyyədə istifadə etmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Dövlət hesabatların tərtib olunması;
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və peşəkar;
- Yüksək səviyyədə yazışma bacarığı;
- ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;
- PMS sertifikatının olması mütləqdir.
- Beynəlxalq mühasibatlığı bilməli.
Vəzifə və öhdəliklər:
- Mühasibat hesabının bütün sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini,
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir;
- Müəssisə üzrə debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır;
- Aylıq əmək haqqını hesablayır;
- Bank sənədlərini tərtib edir;
- Kassa uçotuna nəzarət edir;
- Mühasibat məlumatlarını 1C bazasına vaxtlı-vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlayır;
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtlı-vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edir;
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...