Qısa məzmun
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir.
Təsvir
“Rabitəbank” ASC Bank proqramları Departamenti Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- – Verilən texniki tapşırığa uyğun proyektlərin işlənib hazırlanması;
- – Oracle verilənlər bazasında proyektlərin işlənib hazırlanması;
- – SQL, PL/SQL kodların analiz edilməsi və yaranmış problemlərin aradan qaldırılması;
- – SQL kodlarla bağlı performance tuning işləri;
- – Yazılan və mövcud SQL, PL/SQL kodların test edilməsi;
- – Mövcud proyektlərə dəstək göstərilməsi;
Tələblər
- – İT və ya texniki sahə üzrə ali təhsil;
- – SQL, PL/SQL üzrə biliklər, Oracle verilənlər bazası ilə işləyə bilmək;
- – Performance-tuining üzrə biliklər;
- – Yeni texnologiyaların öyrənilməsində maraqlı olmaq;
- – Müvafiq sahədə minumum 1 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır);
- – Eyni anda bir neçə tapşırıq üzrə işləmə bacarığı və stresə davamlılıq;
- – Komandada işləmə bacarığı;
- – Diqqətlilik, operativlik, məsuliyyətlik və punktuallıq kimi müsbət göstəricilərə malik olmalı;
Oxşar vakansiya siyahısı:
Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer)
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Senior Data Analyst
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...