Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Quba Palace Hotel Aqronom vəzifəsi üzrə vakansiya elan edir.
İşçinin iş mükəlləfiyyətləri:
- Müəssisə ərazisində müvafiq ərazi landşaft üzrə inzibati idarəçilik;
- Ərazidə mövcud yaşıllıqlar, dekorativ və meyvə bitkilərin torpaq- qida balansının tənzimlənməsi və xəstəliklərə qarşı mübarizə və digər qulluq tədbirləri üzrə illik və aylıq proqramların tutulması və kordinasiyası;
- Mövcud ərazilər üzrə düzgün suvarma (çiləmə, damlama və şırım) proqramlarının tutulması və kordinasiyası;
- Dekorativ ağacların budanması və s. texniki bağbanlıq işlərin görülməsi;
- Aylıq və həftəlik iş proqramlarının tərtibi və kordinasiyası;
- Günlük işçi heyətinin iş bölgüsü və tapşırıqların verilməsi;
- Texniki ambar malları tələbinin hazırlanması və təchizatla iş;
- Texniki ambar maşınları, aqreqat və qurğulara nəzatət və günlük, həftəlik və ya kvartal servisi üçün mexaniklə işin aparılması;
- Aylıq ambar qalıqları hesabatının aparılması;
- Görülən işlər üzrə günlük, həftəlik və ya aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi:
İşçidən tələb olunan keyfiyyətlər:
- Ali və ya orta ixtisas təhsili;
- Aqronomluq sahəsində praktik təcürbə;
- Təşkilatçılıq bacarıqları;
- Detallara diqqət;
- Yüksək ünsüyyət bacarıqları;
- Kompüter bilikləri;
- Xarici dil bilikləri; (Ota səviyyədə ) İngilis və rus dili olarsa kandidata üstünlük verilir).
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini HR@qubapalace.com ünvanlarına göndərə bilərlər.