Qısa məzmun
Buta Group Group Aqronom vəzifəsi üzrə vakansiya elan edir. Aqronomluq sahəsində ali təhsili olmalıdır.
İş haqqında məlumat:
- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
Namizədə aid tələblər:
- Aqronomluq sahəsində ali təhsilli
- Kartof yetişdirmə üzrə mütəxəssis
- Aqronomluq sahəsində 3-5 il təcrübəli
- MS Office və İnternet, E-Mail-dən istifadəni bilən
- Diqqətli və məsuliyyətli, 25-35 yaş arası kişi namizədlər müraciət edə bilər.
İş Qrafiki: 6 günlük
Maraqlanan namizədlər hr@butagroup.com e-mail ünvanına “Aqronom İsmayıllı” yazmaqla CV-lərini göndərə bilərlər.