Qısa məzmun
Ə/h 1200 AZN. Times Consulting Art Direktor vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təşkil olunur.
Əsas vəzifələr:
- Şirkətin və şirkət müştərilərinin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərini təşkil edir;
- Kreativ Direktorla birgə müxtəlif daşıyıcılar üçün reklam məhsulların dizayn layihələrini təklif edir və hazır reklam dizaynlarını təqdim edir;
- Reklam materiallarının istehsalı ilə məşğul olan podratçılarla əlaqə quraraq işlərin effektiv və keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir;
- Kreativ departamentin toplantılarını təşkil edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
- Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.
- Təqdimetmə bacarığı;
Namizədlərə qarşı tələblər:
- Art direktor sahəsində ən azı 3 il iş təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator və InDesign proqramlarının bilməsi;
- Digər qrafik dizayn proqramlarını və 3D bilməsi üstünlük kimi qiymətləndirilir;
- Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
- İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
- Bədii zövq, dizayn və reklam sahələrində müasir trendlərindən xəbərdar olmaq;
- Dünya görüşü və biliyə həvəs;
- Komandanı düzgün yönləndirmə və sistematik işləməsini təmin etmək;
- Liderlik;
- Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
- MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.
Üstünlüklərimiz:
- 1200 manat əmək haqqı (təcrübəyə əsasən əmək haqqı dəyişə bilər);
- Gənc və şən kollektiv;
- Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
- Karyera qurulması imkanı;
- Nahar şirkət tərəfindən təşkil olunur;
- İşgüzar danışıqlar üçün telefon limiti.
Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV və portfolionuzu hr@timesconsulting.az e-mail ünvanına göndərəsiniz.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...