İş dəyişdirmənin vaxtıdırmı?

İşinizlə bağlı əvvəlki həyəcanınız olmayanda, sadəcə rutin iş gördüyünü hiss edirsinizsə yeni bir qərar verməyin vaxtıdır. Bu prosesdə əhəmiyyətli olan ən uyğun qərarı verməkdir.

Biraz əvvəl maraqlı yeni layihə aldınız, lakin həyəcanlanmırsınız. Bunun əvəzinə həftə sonu üçün planlar hazırlayırsınız. Bazar axşamı gəldikdə fikirlərinizdə qorxular yaranır. Bütün bunlar tanış səslənir? Ancaq narahat olmayın, tək deyilsiniz! Dünyada bu hissi yaşayan bir çox insan var.

Təbii ki, bu hissləri zaman-zaman yaşaya bilərik.  Məhsuldar olmaq, gəlir əldə etmək, xidmət etmək, pul qazanmaq, komandada işləmək kimi məmnunluq hissini heç nə əvəz edə bilməz. Nə qədər gözəl bir tətil gününə üstünlük versək də, səhərlər nə qədər yorğun olsaq da, işimizin olması bizim üçün çox önəmlidir.

Əlbəttə ki, əgər hazırkı işinizdə qorxu və ya məqsədsizlik hiss edirsinizsə, o zaman başqa bir iş tapmaq vaxtı gələ bilər. Bu zaman aşağıdakı əlamətlərə diqqət yetirə bilərsiniz.

Hər gün işə getməkdən qorxursunuzsa

Bəzən yorğun ola bilərik və yaxşı bir tətilə ehtiyacımız ola bilər. Lakin bu daim baş verəndə diqqətli olmaqda fayda var. İşə gedərkən daim bir qorxu hiss edirsənsə və hətta gözəl bir tətil belə mənfi hisslərinizi azaltmırsa, bu sizin üçün bir ipucu ola bilər. İşdən çıxmaq böyük bir qərardır. Ona görə də qorxu hiss edən kimi avtomatik istefa vermək istəmirsiniz. Bu vəziyyətdə ediləcək ən yaxşı şey, karyeranızla bağlı müsbət və mənfi cəhətlərin siyahısını hazırlamaq ola bilər.

Əgər işinizdə məqsəd görmürsünüzsə

Hər kəsin motivasiya mənbələri eyni olmaya bilər. Nə olursa olsun  “məqsəd hissi” lazımdır. Bu məqsəd xidmət etmək, bir işə töhfə vermək və ya maddi cəhətdən sabit olmaq üçün daha çox pul qazanmaqdır. Bütün bunlar biznes məqsədləridir. Məna və ya məqsəd hissi olmadan, çox güman ki, nəyinsə çatışmadığını hiss edəcəksiniz. Belə bir vəziyyətdə, səmərəsizliyin qarşısını almaq üçün işləri dəyişdirmək yaxşı ola bilər.

Əgər menecerinizlə anlaşa bilmirsinizsə

Bəzən fərqli şəxsiyyətlər uyğunlaşa bilməz, bu da normaldır. Lakin daimi münaqişə vəziyyətində olmaq olduqca yorucudur. Əgər özünüzü ciddi şəkildə dəyərsiz hiss edirsinizsə bu da sizin yeni işə ehtiyacınız olduğunu göstərir.

Nə olursa olsun sadəcə işinizi görmək kimi üsulları sınadığınızı düşünürsünüzsə dəyər gördüyünüz, təqdir edildiyiniz və menecerlərinizlə ünsiyyətdən həzz ala biləcəyiniz başqa yerə getməyin vaxtı ola bilər.

Özünüzü başqa bir işlə məşğul olduğunuzu təsəvvür edirsinizsə

Özünüzü başqa bir işdə və ya  sahədə işləmək arzusunda olduğunuzu görürsünüzsə, bu sizin üçün başqa bir əlamətdir. Bu məqamda maraqlarınızı yaxşı təhlil edib qərar vermənizi tövsiyə edirik.  Burada nəzərə alınmalı olan vacib  məqam bu fikriləri nə qədər tez tez və niyə yaşadığınızdır. Nə üçün darıxdığınızı hiss etmək yaxşı üsuldur.  Gözləntiləriniz realdır, yoxsa qaçış psixologiyası yaşayırsınız? Bunu mümkün qədər dəqiq müəyyənləşdirməlisiniz.

Əgər inkişaf sahəsi tapa bilmirsinizsə

Yeni işə başlayan və ya karyera dəyişikliyi edən insanlar üçün iş dəyişdirmək üçün ən yaxşı vaxt “öyrənməyi dayandırdıqları” vaxtdır. Bu halda, işəgötürəninizlə danışaraq düzgün olmaq daha yaxşıdır. Əgər işinizin karyera planlarınıza uyğun olmadığını düşünürsünüzsə bunu açıq şəkildə bildirməlisiniz. Bu davranış tamamilə yeni bir macəraya qapı aça bilər.

Amma nə olursa olsun iş yerini yaxşı tərk etməyə çalışmalısan. Sənə qazandırdıqlarını dilə gətirməkdən çəkinməməlisən. Unutmayın ki, hər  iş təcrübəsi bir çox üstünlükləri ilə yanaşı, həm də əlaqələrin genişləndirilməsi üçün də vacibdir.