İş həyatının hər zamankından daha çətin olduğu dövrdə, yolunda getməyən bəzi məsələlər sizi işinizdən ayıra bilər. İçində olduğunuz vəziyyət tam belədirsə, bu məqaləmiz sizin üçündür. İşinizi tərk etmək tələsik veriləcək bir qərar deyil. İş yerini xəbərdar etməzdən əvvəl, bunları da nəzərdən keçirin.
Səbəbini izah edin
İşinizi tərk etməzdən əvvəl, bu qərarı vermə səbəbinizi yaxşı başa düşməlisiniz. Qərarınıza təsir edən bütün amilləri müəyyən etməyiniz çox vacibdir. Çox vaxt işçiləri bu qərarı verməyə məcbur edən birdən çox səbəb olur. Buna görə də yalnız bir səbəbə diqqət yetirməməlisən. Niyə istefa vermək istədiyinizi başa düşdükdən sonra bunun düzgün qərar olduğunu düşünürsünüzsə, işdən çıxmaq sizin üçün daha asan olacaq. Özünüzə qarşı dürüst olun, çünki bu asan qərar deyil. Fikrinizdə peşmanlıq hiss etməmək üçün hər şəyi incələyin. Bütün seçimlərinizi qiymətləndirin və dəqiq qərar verdiyinizə əmin olun. Fikirlərinə əhəmiyyət verdiyiniz insanlarla danışmaq da sizə yol göstərəcək.
B planın olsun
İşdən çıxdıqdan sonra atacağınız növbəti addım üçün plan qurmalısınız. Unutmayın ki, işdən çıxmaq və yeni iş tapmaq həmişə yeganə çıxış yolu deyil. Bəzən hər şeyi sıfırdan başlamaq lazımdır. Bu zaman nə edə biləcəyinizi yaxşıca düşünməlisiniz. Əgər siz iş yerinizdən razısınızsa, lakin karyeranız baxımından dalana dirəndiyinizi hiss edirsinizsə, başqa bir şöbəyə keçə bilərsiniz. Bunun üçün rəhbərliklə daha aydın danışa bilərsiniz. Menecerlər çox vaxt işçilərinin işlərinə qarşı hisslərindən xəbərdar olmurlar. Buna görə də hisslərinizi ifadə etməyə vaxt ayırın.
Çatışmazlıqlarınızdan xəbərdar olun və hərəkətə keçin
Bir planınız olduqda, onu reallaşdırmaq üçün nə etməli olduğunuzu düşünün. Hansı bacarıqları əldə etmək lazımdır? Bu bacarıqları inkişaf etdirməyə kömək etmək üçün hansı təlim növləri mövcuddur? Bunları etmək üçün nə qədər vaxta ehtiyacın var? Bu suallara cavab tapmaq prosesi hərtərəfli qiymətləndirməyə imkan verəcək.
Xərci hesablayın
Sahib olduğunuz maddi yığımı hesablamadan işinizi tərk etmək məntiqli deyil. Tez bir zamanda yeni bir iş tapacağınıza zəmanət yoxdur. Ən azı üç ay gəlir olmadan özünüzü dolandıra biləcəkmisiniz? Bu suala cavabınız çox vacibdir, çünki maliyyə problemləriniz varsa, bu sizin üçün əlavə stress olacaq. Odur ki, dözülməz iş mühitində deyilsinizsə, yeni iş axtararkən maddi gəlirinizi itirməmək üçün indiki işində qalmalısan.