Yaxşı bir karyeraya sahib olmaq tez və asanlıqla baş vermir. Həyatınızın bir çox mərhələsində hədəflərinizə uyğun olaraq atmağınız lazım olan addımlar var. əgər siz hələ yolun başında olduğunuzu düşünürsünüzsə , sizə yol göstərəcək bir neçə addım var
Sizi motivasiya edən məqamları kəşf edin
Bəziləri üçün əsas motivasiya mənbəyi sadəcə puldur.Parlaq karyera üçün puldan artığına ehtiyac vardır.Məqsədinizə doğru irəliləyəciniz yolda öz motivasiyanızı tapmağınız vacibdir.Karyeranızın ilkin mərhələlərində bu sektorda ehtiyac duyulan sahələrin karyera planınızla harada kəsişdiyini müəyyən etməyə çalışın. Müəyyən etdiyiniz məqamlar üçün qısa və uzun planlar yaradın.Bu planların şərtlərini yerinə yetirməyə çalışın. Hədəflərinizə çatmaq üçün quracağınız planlar motivasiyanızı daha da artıracaq.
Bacarıqlarının əhatəsini genişləndir
Bugün iş dünyası eyni zamanda bir neçə bacarıqları olan peşəkarlardan ibarətdir. Təktərəfli iş bacarığı insanların uzunmüddətli planlarına da təsir edir. Bunun üçün bacarıqlarınızı inkişaf etdirmək və karyera planınıza uyğun yeni səriştələr əldə etmək vacibdir. Əgər gələcək üçün 5 illik plan qurursunuzsa, sektorunuzun harada inkişaf edəcəyini hesablamalı və buna uyğun hərəkət etməlisiniz. Hər gün yeni bir şey öyrənmək üçün özünüzü motivasiya etməlisiniz.
Təhsiliniz üçün şərait yaradın
Öz sahəndə irəliləməyin ən yaxşı yollarından biri müxtəlif təlim və sertifikat proqramlarında iştirak etməkdir. Bu səbəbdən təhsilinizə və iş sahənizə uyğun sertifikat proqramlarına üstünlük verə bilərsiniz. Xaricdə təhsil almaq planlarınız varsa, bunun üçün daha uzun müddətə hazırlaşmalısınız. Karyera hədəfləriniz üçün bir plan hazırladıqdan sonra hər şey daha sistemli şəkildə davam edəcək. Beləliklə işləyəcəyiniz sektor üçün planlı şəkildə bacarıq və qabiliyyətlərinizi inkişaf etdirə bilərsiniz.
Yenilikləri izləyin
Sektorunuzda baş verənləri yaxından izləmək hər zaman sizin xeyrinizə olacaqdır. Hazırda çalışdığınız şirkətdə daha asan irəliləyə bilərsiniz və hər zaman yeni iş imkanlarına hazır olacaqsınız.
Yeni insanlarla tanış olun
İnsanlarla tanış olmaq və ünsiyyət qurmaq karyeranızda irəliləyişinizə kömək edəcək. Bu səbəblə hətta onlayn fəaliyyətlərlə isnalarla bir araya gəlmək yaxşı olardı. Yeni insanlarla tanış olmaq həm sosial, həm də iş sahəsində bir çox müsbət təsirlər yaradır. İnsanlarla ünsiyyətiniz eyni zamanda işdəki uğurunuzu və liderlik bacarıqlarınızı artırır.