Maaş danışıqlarına gəldikdə, bir çox namizədlər fikirlərini düzgün ifadə etməkdə çətinlik çəkirlər. İstər iş yerinizi dəyişin, istərsəniz də işsiz ikən müsahibəyə gedin, ən uyğun maaşı almaq üçün müəyyən addımlar atmalısınız. Maaş gözləntiniz nədir? Sualınna ən yaxşı cavab vermək üçün yadda saxlamağınız lazım olan 6 qızıl qayda.
Dərhal rəqəm deməkdən çəkin
İş müraciətləri və müsahibələr zamanı maaşla bağlı suallara cavab verməkdən qaçınmaq məqsədəuyğun ola bilər. Cavab verməkdən qaçmaq və ya danışarıq deyərək məsələni sonrakı mərhələlərə keçirmək də sizə düşünməyə vaxt verəcək.
Təcrübənizi nəzərə alın
Keçmiş təcrübəniz maaş strategiyanızı ağıllı seçmək üçün çox vacibdir. Əgər işsizsinizsə və bir iş tapmağa çalışırsınızsa, əvvəlki işinizin maaşını və ya o maaşdan bir qədər çoxunu hədəfləmək yaxşıdır. Əgər bir işiniz varsa hazırki maaşınızdan yuxarı sizi xoşbəxt edəcək əmək haqqı aralığı deyə bilərsiniz. Əgər yeni işinizin sizin üçün əlavə gəlirləri olmayacaqasa, niyə işinizdən ayrılıb, qeyri-müəyyənliklərlə dolu başqa bir işə üz tutursunuz!
Sosial və əlavə faydalar haqqında məlumat əldə edin
Hansı şirkətdə işə girməyə çalışarkən əvvəlki işinizdə nə qədər qazanmısınız sualı ilə qarşılaşa bilərsiniz. Cavabınızı hazır saxlayın! Bir çox insan resursları mütəxəssisinin fikrincə, bu mövzuda ən çox olunan səhv ümümi gəliri deməkdir. Maaşınızla yanaşı, ilin sonunda gəlir kimi mükafatlar, sığorta, səyahət və istirahət günlərinin sayı kimi əlavə üstünlüklər göstərdiyiniz zaman gözləntinizə daha uyğun maaşla razılaşa bilərsiniz. Odur ki, belə bir sualla qarşılaşdığınız zaman maaş gözləntinizi ifadə etməzdən əvvəl sizə başqa hansı sosial və əlavə müavinətlərin təklif olunacağını öyrənin.
Ağlabatan maaş aralığı deyin
Əgər sizdən israrla hansı rəqəmin ağlınızda olduğunu soruşsalar, aydın rəqəm əvəzinə məqbul maaş aralığı vermək uyğun olacaqdır. Ağlabatan əmək haqqı aralığının düzgün müəyyən edilməsi tamamilə sizin bazar araşdırmanızdan asılıdır. Müraciət etdiyiniz vəzifəyə bənzər işlərdə insanların nə qədər maaş aldığını internetdə axtara bilərsiniz. Bu araşdırma sizə vəzifənizin orta əmək haqqını öyrənməyə və daha məlumatlı qərar qəbul etməyə imkan verəcək.
Aşağı təkliflə necə davranacağınızı bilin
Aşağı təkliflə qarşılaşdığınız zaman narahat olmayın. Bu nöqtədə, müsahibə etdiyiniz vəzifə üçün maaş aralığının nə olduğunu bilmək əsasdır. Əmək haqqı ilə bağlı danışıqlar apararkən bu məsələni diqqət mərkəzində saxlamağınızı tövsiyə edirik. Digər vacib məqam isə aşağı təkliflə qarşılaşdığınız zaman tələsməyin və bütün qapıları bağlayın. Əgər həqiqətən də o işə uyğun olduğunuzu hiss edirsinizsə, unutmayın ki, haqq etdiyiniz məbləği yaxın vaxtda əldə edəcəysiniz.
Düşünmək üçün nəfəs alın
Maaş təklifi aldığınız zaman dərhal qəbul etmək əvəzinə icazə alıb, düşünüb qərar vermək daha ağıllı olardı. Lakin bu düşünmə dövründə əmək haqqı və avantajlarını yazılı şəkildə götürməyi unutma. Şirkətin də zamanını soruşaraq, bir gün ilə bir həftə arasında vaxt istəyin. Heç vaxt dərhal qərar verməyin, çünki verəcəyiniz qərar uzun müddət sizin üçün çox önəmli olacaq.