İndiyə qədər iştirak etdiyiniz iş müsahibələrini düşünün… Ən çox nəyə diqqət etdiniz? Müsahibəni tamamladıqdan sonra “kaş bunu deməyəydim, kaş ki bu xüsusiyyətimdən daha çox danışardım” demisinizmi? Hər müsahibə prosesi özünəməxsusdur. Lakin “namizəd” kürsüsündə əyləşərkən diqqət etməli olduğumuz bir neçə məsələnin altını çəkməkdə fayda var!
Müsahibə zamanı həm namizədin, həm də işə götürənin diqqət etməli olduğu məqamlar var. Hər iki tərəf üçün məhsuldar görüş üçün diqqətlə yanaşmaq lazımdır. Sizə kömək edə biləcək məsləhətlər.
İlk növbədə, onlayn müraciət edərkən, iş təsvirini diqqətlə nəzərdən keçirməlisən, işin sizə uyğun olub-olmadığına qərar verməlisiniz.
Müsahibə edəcəyiniz şirkəti mütləq araşdırmalı və şirkət haqqında məlumatınız olmalıdır. (Heç olmasa vebsayta baxmalısınız.)
Gözləntiləriniz barədə net fikirdə olmalısan. Unutmayın, ən pis qərar belə qərarsızlıqdan yaxşıdır.
Müsahibə zamanı qarşı tərəfi diqqətlə dinləməli və suallar verməlisiniz.
Son vaxtlar müsahibələr əsasən onlayn rejimdə aparılır. Ancaq yadda saxlamalısınız ki, ilk təəssürat vacibdir. Müsahibəyə qoşulmazdan əvvəl mütləq internet bağlantınızı, mikrofonunuzu və kameranızı yoxlamalısınız. Siz həmçinin arxa planın qarışıq olmadığından əmin olmalısınız.
“Ünsiyyət” müsahibənin əsasını təşkil edir. Ancaq hər şeydə olduğu kimi, onu da aşmamaq vacibdir. Simpatik görünmək üçün hər zaman gülümsəmək, güvən vermək üçün bilmədiyin bir mövzuda mütəxəssis kimi görünməyə çalışmaq düzgün deyildir.
Bəs işəgötürən?
Təbii ki, işə qəbul prosesi təkcə namizəd tərəfindən deyil, həm də işəgötürən və ya insan resursları rəsmiləri tərəfindən ciddi şəkildə aparılmalı olan bir prosesdir.
Xüsusilə uzun çəkən işə qəbul proseslərində, vəzifənin dayandırılmasında və s. belə hallarda namizədlərə aydın məlumat verilməli, müsbət və mənfi rəylər bildirilməlidir. Bu yanaşma namizədin özünü daha çox “dəyərləndirdiyini” hiss etdirməklə yanaşı, həm də şirkət haqqında müsbət təəssürat yaradır. Proses haqqında dəqiq məlumat verməmək, müsahibə zamanı işəgötürənlə göz təması qurmamaq, mobil telefondan istifadə etmək namizədin həm şirkət, həm də vəzifə haqqında mənfi fikirdə olmasına səbəb olur.
İstər namizəd, istərsə də işəgötürən olmağınızdan asılı olmayaraq, həm özünüzü, həm də digər insana həqiqətən diqqət etməlisiniz. CV-dəki məlumatlardan daha çox izah etməyə və kəşf etməyə çalışmalısınız.
Unutmayın, təslim olmamaq uğurun açarıdır. Qapını kifayət qədər uzun və yüksək səslə döysəniz, şübhəsiz ki, kimisə oyatacaqsınız.