İş müsahibəsinə hazırlaşarkən bir çox vacib məqamları nəzərə almaq lazımdır. Xüsusilə işinizə göstərəcəyiniz münasibət işə qəbul olub-olmamağınızı müəyyən edir. Müsahibənin gedişatına müsbət təsir etmək üçün nə etməlisiniz?
İşəgötürənlər ümumiyyətlə iş müsahibəsi zamanı namizədin komandaya verdiyi dəyəri görmək istəyirlər. Buna görə də, bir namizəd olaraq işinizlə bağlı əsl peşəkar olduğunuzu nümayiş etdirməlisiniz.
Nə etməli?
Dəyərini bil və bunu göstər
İşə götürəni bu iş üçün ən yaxşı namizəd olduğunuza inandırmalı və ilk növbədə buna özünüz inanmalısınız. Özünüzə dəyər verdiyiniz zaman, fərqli bir öz inamla təcrübələriniz haqqında danışmağa başlayırsınız. Etdiyiniz hər şeyi CV-yə ətraflı yazmaqla ilk addımı ata bilərsiniz. Karyera dəyişikliyinə gəldikdə, keçmiş təcrübələrinizdən yeni vəzifəyə uyğun olanları vurğulamaq daha müdrik olardı.
Əli boş getmə
Keçdiyiniz onlayn kursların sertifikatlarını asanlıqla görə bilmək üçün CV-yə link əlavə edə bilərsiniz. Əgər siz dizaynersinizsə, müsahibədən əvvəl portfeli linklə paylaşa və ya planşet gətirərək işəgötürənə göndərə bilərsiniz.
Sübut təqdim etmək
İşə uyğun olduğunuzu göstərməyin başqa bir yolu onu sübutlarla göstərməyinizdir. Təcrübələrinizi misallarla gücləndirməklə daha təsir edici ola bilərsiniz.
Müəllimlik üçün müraciət edirsiniz, lakin heç bir rəsmi tədris təcrübəniz yoxdur? Nə etməyi planlaşdırdığınız işlərə əsaslanaraq kurikulum və dərs planları yarada bilərsiniz. Az təcrübəniz olmasına baxmayaraq qrafik dizayn işi axtarırsınız? Müraciət etdiyiniz şirkət üçün bir neçə nümunə yığa bilərsiniz.
Əksikləriniz etiraf edin
Hər şeyi bilmədiyinizi etiraf etmək daha doğrudur. Əksinə, qarşı tərəf üçün güvən verir. Çətin sual veriləndə sadəcə “bilmirəm” və ya “mən bunu heç vaxt etməmişəm” deməməlisən. Bilmədiyinizi ifadə edərkən təcrübəli olduğun daha başqa bir istiqamətə yönəlib danışmalısız.
Ola bilsin ki, siz mühəndis işləyirsiniz, idarəedici vəzifəyə keçmək istəyirsiniz… Amma büdcə təcrübəniz yoxdur. Belə cavab verə bilərsiniz. Mənim indiki vəzifəm, büdcəni idarə etmək üçün mənə riyazi biliyi tələb edir. Inanıram ki, bacarığıma əsaslanaraq çatışmazlıqlarımı tez bir zamanda düzəldə bilərəm
Mümkün suallara hazır olun
Nəhayət, iş dəyişikliyinin səbəbini necə izah edəcəyinizi əvvəlcədən yaxşı hazırlamalısınız. Bu mövzuda sual mütləq gələcək və inandırıcı cavab verməyiniz vacibdir.
İnsanlar müxtəlif səbəblərdən bu qərarı verirlər. Mənfi münasibət sərgiləyən idarəçi, gələcəyi görə bilməmək və s. səbəblər sizi bu qərarı qəbul etməyə vadar etmiş ola bilər. Lakin, əgər qərarınız mənfi səbəbə əsaslanırsa, bunu aydın şəkildə izah etməyə ehtiyac yoxdur. Müsbət dünyagörüşü olan ümumi ifadələrdən istifadə edə bilərsiniz.
Çox yönlü bir işçi olduğunuzu düşünürsünüzsə, bu barədə mütləq deməlisiniz. Bacarıqlarınız və təcrübəniz bir çox işə uyğunlaşdırıla bilər. Dəyərinizi nə qədər aydın ifadə edə bilsəniz, bir o qədər şansınız olur.